"Kristal Pelas" İspaniyanın "Selta" klubunun sabiq müdafiəçisi Oskar Mingeseni heyətinə qatıb.

"Unikal" xəbər verir ki, bu barədə klub məılumat yayıb. London təmsilçisi 27 yaşlı futbolçu ilə 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni baş məşqçi Pyer Sajın dövründə klubun ilk transferi olub.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Mingese son üç mövsümdə "Selta"nın heyətində 147 oyunda 7 qol vurub, 15 məhsuldar ötürmə edib. O, həmçinin İspaniya millisində 4 oyun keçirib.