İsrail Müdafiə Qüvvələri (SAXAL) zərurət yaranacağı təqdirdə İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats hərbi pilotların buraxılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, İsrail ordusu tam döyüş hazırlığı vəziyyətindədir və ehtiyac yaranarsa, İrana yenidən zərbələr endirməyə hazırdır. O, həmçinin İsrailin düşmənlərinə xəbərdarlıq edərək vurğulayıb ki, "İsrailin uzun əli" harada gizlənmələrindən asılı olmayaraq onlara çatacaq.

Qeyd edək ki, daha əvvəl İran və ABŞ arasında hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutan memorandum imzalansa da, sonradan ABŞ ordusu İrana qarşı yeni hava zərbələri endirib. Vaşinqton bu addımı İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə qarşı fəaliyyəti ilə əlaqələndirib.