ABŞ administrasiyasındakı rəsmilərin məlumatına görə, İranın Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə endirdiyi bəzi raket zərbələri hədəfə çatıb.

"Unikal" xəbər verir ki, ABŞ-nin The Wall Street Journal nəşrinə istinadən yayılan məlumata əsasən, ABŞ və müttəfiqləri İranın hücumlarının böyük hissəsinin qarşısını ala biliblər. Bununla belə, bəzi raketlər hədəflərə dəyib.

Bildirilir ki, zərbələr nəticəsində minimal maddi ziyan qeydə alınıb, insan itkisi olmayıb.

İran dövlət televiziyası isə daha əvvəl ABŞ-nin hücumlarına cavab olaraq Küveytdə ABŞ-yə məxsus "Patriot" hava hücumundan müdafiə sisteminin məhv edildiyini iddia etmişdi. Bundan başqa, İran tərəfi Qətərdə erkən xəbərdarlıq radar sisteminin və Bəhreyndə yerləşən ABŞ hərbi bazasında yanacaq saxlama çənlərinin vurulduğunu bildirib.