Türkiyənin bir vaxtlar Rusiyadan aldığı S-400 zenit-raket sistemləri Körfəz dövlətinə satılıb.
"Unikal" xəbər verir ki, bu barədə hökumətyönlü "Hürriyet" qəzeti məlumat yayıb.
"Məlumata görə, S-400-lər üçüncü bir ölkəyə satılıb. Saziş bu gün açıqlanacaq. S-400-lər Körfəz ölkələrindən birinə göndərilir. Dünən bəzi problemlərin aradan qaldırılması üçün işlər görülürdü və bildirilir ki, onlar gecə yarısına qədər həll edilib. Bəziləri Birləşmiş Ərəb Əmirliklərindən, bəziləri Qətərdən bəhs edir, amma rəsmi açıqlamanı gözləmək ən yaxşısıdır", - deyə məlumatda qeyd olunub.
Türkiyə hakimiyyəti hələlik məlumatla bağlı şərh verməyib.
Bir gün əvvəl həmin qəzet Ankaranın ABŞ-nin CAATSA sanksiyalarının təsirindən qaçmasına və yeni nəsil F-35 qırıcı təyyarələrinin istehsal proqramına qayıtmasına imkan verəcək hüquqi həll yolu axtardığı barədə məlumat vermişdi. Bununla əlaqədar olaraq Fars körfəzi ölkələrindən birinə zenit-raket sistemlərinin satışı müzakirə olunurdu. Öz növbəsində, "Oksijen" qəzeti BƏƏ-ni S-400-lərin potensial alıcısı kimi göstərmişdi.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitində amerikalı həmkarı Donald Trampla danışıqlardan sonra Ankaranın F-35 proqramına qayıdacağına əminliyini bildirib. ABŞ prezidenti özü də bu məsələ ilə bağlı nikbinlik ifadə etsə də, hələ qərar vermədiyini bildirmişdi.
Türkiyə 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin dörd diviziyasını 2,5 milyard dollara alıb. 2019-cu ilin oktyabr ayında sistemlər üçün müqavilənin imzalandığını açıqlandı. Türkiyə və Rusiya S-400 raket sisteminin təchizatı üçün müqavilə imzaladıqdan sonra Ankara ABŞ-nin F-35 qırıcı təyyarələrinin hazırlanması proqramından çıxarıldı.
Ağarza Elçinoğlu






























.jpeg)















.jpg)

.jpg)





