"Birləşmiş Ştatlar silah ehtiyatlarını görünməmiş sürətlə artırmağa başlayıb".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.
"Hərbi liderlərimizlə indicə gözəl söhbət etdik. Bu, indiyə qədər əldə etdiyimiz ən güclü ordudur, o cümlədən ABŞ-nin heç vaxt görmədiyi sürətlə silah yığırıq",- deyə o qeyd edib.
Tramp ümid etdiyini bildirib ki, ABŞ hərbi gücü heç vaxt istifadə olunmayacaq.