İspaniyanın “Atletiko Madrid” klubu futbolçusu Koke ilə müqavilə müddətini uzadıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi daha bir il komandada çıxış edəcək.

Koke 2011-ci ildən “Atletiko Madrid”in əsas komandasının formasını geyinir.

Qeyd edək ki, İspaniya millisinin sabiq üzvü bu mövsüm 44 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.