ABŞ-nin Ankaradakı səfiri Tom Barak Amerika lideri Donald Trampın Ukrayna münaqişəsinin həlli vaxtı ilə bağlı “səbrinin tükəndiyi” fikrini bildirib.
"Unikal" xəbər verir ki, onun sözlərini TASS nəşri sitat gətirib.
Bundan əvvəl "ABC News" telekanalı mənbələrə istinadən xəbər vermişdi ki, Tramp Ukrayna və Rusiya arasında danışıqlarda irəliləyişin olmamasından getdikcə məyus olur və son günlər razılığa gəlmək cəhdlərindən uzaqlaşmağa başlayıb.