İyunun 2-də İstanbulda keçirilən əvvəlki görüşdə irəliləyiş əldə olunduğu üçün Ankara Rusiya və Ukraynanın danışıqların yeni raundu keçirəcəyini gözləyir.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Məncə, iyunun 2-də keçirilən görüşdə danışıqların əvvəlki raundunda qəbul edilmiş qərarların icrası baxımından irəliləyiş əldə olunub. Ona görə də növbəti görüşün baş tutacağını gözləyirik", - deyə Fidan İstanbulda Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların ikinci raundundan danışıb.

Türkiyə XİN rəhbərinin sözlərinə görə, İstanbulda keçirilən son iclasda, xüsusən də yeni məhbusların və ağır xəstələrin mübadiləsi ilə bağlı mühüm qərarlar qəbul edilib. Fidanın sözlərinə görə, “tərəflər görüşə hazırlıqlı gəlib və nəticəyə kökləniblər”.