Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu prezident Vladimir Putinin göstərişi ilə Pxenyana gedib və burada Şimali Koreya lideri Kim Çen Inla görüşəcək. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

Danışıqlar zamanı tərəflər Rusiya Federasiyası ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin bəzi bəndlərinin yerinə yetirilməsi, habelə Kursk vilayətinin azad edilməsində əməyi olan koreyalı hərbçilərin xatirəsinin əbədiləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Bundan əlavə, Şoyqu Kim Çen Inla Ukrayna münaqişəsini və beynəlxalq gündəmdəki digər məsələlərə toxunacaqlar. 

Ağarza Elçinoğlu