Britaniya yeni hərbi yardım paketi çərçivəsində 2026-cı ilin aprel ayına qədər Ukraynaya 100 min pilotsuz uçuş aparatını təhvil verəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Qeyd olunur ki, müvafiq vəd Kiyevə iyunun 4-də verilib. Məqalədə bildirilir ki, 100 min pilotsuz uçan aparat əvvəlki tədarük həcmlərindən on dəfə çoxdur.

Təşəbbüsə 350 milyon funt sterlinq (473 milyon dollar) maliyyələ ayrılacaq. Pilotsuz təyyarələr Ukraynaya 4,5 milyard funt sterlinqlik hərbi yardım paketinin bir hissəsidir.

Gülayə Mecid