Böyük Britaniya hökuməti İngiltərənin “Çelsi” komandasının keçmiş prezidenti Roman Abramoviçi məhkəməyə vermək niyyətindədir.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb hökumətin klubun satışından əldə olunan gəlirdən payına düşən 2,34 milyard funt sterlinqi (təxminən 250 milyard rubl) ala bilməməsidir.

Britaniyanın maliyyə naziri Reyçel Rivz və xarici işlər naziri Devid Lammi rusiyalı iş adamı ilə bu məsələdə razılığa gələ bilmədikləri üçün məhkəməyə müraciət etmək istəyirlər.

Qeyd edək ki, Roman Abramoviç 2022-ci ildə sanksiyaya məruz qaldıqdan sonra “Çelsi” klubunu satıb.