Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünə çıxacaq.

"Unikal" xəbər verir ki, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro seçməsinə qarşı keçirəcək.