ABŞ prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo iqamətgahının hasarını aşmağa cəhd edən şəxs saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə  ABŞ Gizli Xidməti məlumat yayıb. 

Qeyd olunur ki, Məxfi Xidmət əməkdaşları onu “insidentsiz” saxlayaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil veriblər. Saxlanılan şəxs polisə bildirib ki, o,  Trampla “İncil haqqında” danışmaq niyyətindədir.

Hadisə baş verən zaman ABŞ prezidenti Vaşinqtonda olub.

Gülayə Mecid