Ukrayna lideri Volodimir Zelenski mətbuat konfransı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Amerika lideri Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə dördtərəfli görüşə hazır olduğunu açıqlayıb.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, Ərdoğan da belə danışıqlar aparmaq arzusundadır.

“Biz istənilən gün belə görüşə hazırıq”, - deyə Zelenski vurğulayıb.

Bundan əlavə, o, yenidən atəşkəsə hazır olduğunu bəyan edib.