Ermənistan Daxili İşlər Nazirliyinin rəhbəri Arpine Sarkisyan ölkənin yeni polis rəisi Aram Kazaryanın əvvəllər öldürülmüş kriminal avtoritet Artur Kazaryanın qohumu olması barədə məlumatı təsdiqləyib.
"Unikal" xəbər verir ki, onun sözlərinə görə, bu, heç bir şəkildə Kazaryanın fəaliyyətinə təsir göstərə bilməz.
"Özünüz görəcəksiniz. Ermənistan çox kiçik ölkədir və hər kəsin müxtəlif əlaqələri, qohumları ola bilər. Amma konkret mövqedə adamın missiyası var", - deyə Sarkisyan bildirib.