Beynəlxalq tədqiqatçılar qrupu alkoqolun kişilərə və qadınlara fərqli təsir etdiyini müəyyən edib. Məlum olub ki, dişi siçovulların beyni spirtə kişilərin beyinlərindən daha güclü və tez reaksiya verir. Bu o deməkdir ki, qadınlar alkoqoldan istifadənin ilkin mərhələlərində ona qarşı daha həssas ola bilərlər.

"Unikal" xəbər verir ki,  tədqiqat işi "Biological Psychiatry" jurnalında dərc olunub.

Alimlər beynin stress və emosiyalarla əlaqəli sahəsinə xüsusi diqqət yetiriblər. Onlar müəyyən ediblər ki, az miqdarda spirt belə qadınlarda beynin bu hissəsinin fəaliyyətini dəyişə bilər. Kişilərdə bu cür dəyişikliklər yalnız uzun müddət və çoxlu içki qəbul etdikdən sonra baş verir.

Tədqiqatçılar həmçinin yüksək qan təzyiqi və miqreni müalicə etmək üçün istifadə olunan iki mövcud dərmanı, prazosin və propranololları sınaqdan keçiriblər. Məlum olub ki, prazosin hələ aludə olmayanlarda belə alkoqol həvəsini azaldır, propranolol isə asılılığın yalnız sonrakı mərhələlərində kömək edir. 

Bunun insanlara aid olub-olmadığını yoxlamaq üçün alimlər alkoqol asılılığı olan qadınların beyin toxumalarını araşdırıblar. Onlar stressin işlənməsi ilə bağlı beynin müəyyən sahələrində aktivliyin azaldığına dair əlamətlər tapıblar. Bu, qadınların alkoqolla mübarizədə niyə daha çətin olduğunu qismən izah edə bilər.

Tədqiqatçılar vurğulayırlar ki, kişilərin və qadınların alkoqol qəbuluna necə reaksiya verməsindəki fərqləri başa düşmək daha dəqiq və effektiv müalicə üsullarını inkişaf etdirməyə kömək edəcək. Gələcəkdə onlar bu dərmanların narahatlıq, depressiya və ağrıya qarşı artan həssaslıq kimi digər asılılıq əlamətlərini də azalda bilib-bilmədiyini öyrənməyi planlaşdırırlar.

Gülayə Mecid