"Biz Robert Köçəryanın rüşvətxor olduğunu rəsmən qeyd etməmişik. Lakin bu, məhkəmə iclasında qeydə alınıb".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Baş nazir xatırladıb ki, Köçəryan ona qarşı rüşvətxorluq işinin müddətinin bitdiyini əsas gətirərək işə xitam verilməsinə razılaşıb: "Bu, Köçəryan rüşvətxor olduğunu etiraf edəndə baş verəcək. İndi Ermənistanın məhkəmə sistemi rəsmi olaraq Ermənistan Respublikasının ikinci prezidenti vəzifəsini tutan şəxsin rüşvətxor olduğunu qeyd edib".
Ağarza Elçinoğlu