"Rusiya prezidenti Vladimir Putin həqiqətən də Ağ Evin rəhbəri Donald Trampa Rusiyanın Ukrayna Silahlı Qüvvələrinin zərbələrinə cavabı barədə məlumat verib".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərlə keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov tdeyib.
Peskov əlavə edib ki, cavabın nə vaxt və nə olacağı Rusiya ordusunun qərarından asılıdır.
Bir gün əvvəl Tramp Putinə zəng etdiyini və iki lider arasında söhbətin 1 saat 15 dəqiqə davam etdiyini bildirib. Amerika lideri həmçinin bildirib ki, Rusiya prezidenti ilə söhbət müsbət keçib, lakin “dərhal sülhə gətirib çıxaracaq söhbət deyil”.
Tramp həmçinin Putinlə telefon danışığından sonra deyib ki, Moskva Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına son hücumuna “cavab verəcəyini” vəd edib.
Gülayə Mecid