Ermənistanın baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Baş nazir Türkiyə prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Türkiyə prezidenti Ermənistanın baş nazirini 2026-cı ilin yazında Ermənistanda Avropa Siyasi Birliyinin Zirvə toplantısına ev sahibliyi etməsi münasibətilə təbrik edib. 

Həmsöhbətlər Ermənistan-Türkiyə münasibətləri və regional hadisələrlə bağlı məsələləri müzakirə edib və dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Ağarza Elçinoğlu