İtaliyanın “Yuventus” komandası “Milan”dan Pyer Kalulunu birdəfəlik transfer edib.

"Unikal" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 2029-cu ilin yayınadək müqavilə imzalanıb.

Fransalı oyunçu ötən mövsümü icarə əsasında Turin təmsilçisində keçirib.