Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistana rəsmi səfərə gedib.
"Unikal" xəbər verir ki, Matviyenkonun Ermənistan rəhbərliyi ilə görüşləri planlaşdırılıb.
O cümlədən, Ermənistan parlamentinin sədri Alen Simonyanla söhbət planlaşdırılır. Matviyenko və Simonyan Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan Respublikası Milli Məclisi arasında əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 39-cu iclasını açacaqlar.
"Həmin gün Federasiya Şurasının sədri onuncu Rusiya-Ermənistan Regionlararası Forumunda iştirak edəcək. Plenar iclasda Federasiyanın bir sıra subyektlərinin rəhbərlərinin çıxışı gözlənilir", - məlumatda deyilir.