ABŞ prezidenti Donald Tramp Çin prezidenti Si Cinpinin Çinə səfər dəvətini qəbul etdiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə amerikalı lider Ağ Evdə Almaniya kansleri Fridrix Mertslə görüşü zamanı deyib.
"O, məni Çinə dəvət etdi, mən də onu ABŞ-yə dəvət etdim. İkimiz də dəvəti qəbul etdik", - deyə Tramp qeyd edib.
Trampın sözlərinə görə, nə vaxtsa o, həyat yoldaşı Melaniya Trampla birlikdə Çinə səfər edəcək. O, həmçinin Si Cinpinin Çinin birinci xanımı ilə birlikdə ABŞ-a gələcəyinə ümid etdiyini bildirib.