Tez-tez boşanma iddiaları ilə gündəmə gələn aktrisa Pelin Akillə Anıl Altan ayrılıblar.

"Unikal" xəbər verir ki, “Arka Sıradakiler” serialının çəkilişlərində yolları kəsişən Pelin Akil və Anıl Altan 2016-cı ildə ailə qurublar. Aktyor cütlüyün toy tarixindən üç il sonra əkiz qızları dünyaya gəlib. 

Pelin Akil bu gün ayrıldıqlarını açıqlayıb:

"Ər-arvad olaraq yollarımızı ayırdıq, amma bunun xaricində uşaqlarımız olduğu və bir-birimizi çox sevdiyimiz və hər zaman birlikdə olduğumuz üçün həmişə birlikdə olacağıq. Amma bunu başqa bir şey kimi şərh etməyək".