Rusiyalı teatr və kino aktyoru Konstantin Şelestun 50 yaşında vəfat edib.

"Unikal"  xəbər verir ki, bu barədə Sankt-Peterburqdakı Kiçik Dram Teatrının mətbuat xidməti məlumat yayıb.

Aktyorun ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, kino sahəsində isə 2001-ci ildən etibarən fəaliyyət göstərən aktyor “Fənərləri sınmış küçələr”, “Quldur Peterburq”, “Opera”, “Əziz qohum” kimi məşhur filmlərdə və seriallarda rol alıb.