Latviya ilə oyunda qalib gəlmək istəyirik.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.

O, rəqibin yaxşı komanda olduğunu bildirib: "Latviyaya qalib gəlmək üçün gücümüz var. Bu matçda şəxsi uğur barədə düşünmək yox, komanda şəklində qələbə qazanmaq üçün meydana çıxacağam. Millimizə xeyir vermək üçün çalışacağam".

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.