Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

"Unikal" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.

Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.

***09:51

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.

"Unikal" xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Riqadakı "Skonto" stadionunda Latviya millisi ilə üz-üzə gələcək.

Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.