Rusiyanın Böyük Britaniya ilə “müharibə vəziyyətində” olduğu iddia edilir.

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" qəzeti yazır. 

"Rusiya Böyük Britaniya ilə müharibədədir, ABŞ artıq etibarlı müttəfiq deyil və Böyük Britaniya buna daha birləşmiş və dayanıqlı olmaqla cavab verməlidir", - qəzet qeyd edib. 

Məqalədə deyilir ki, hökumətin müdafiə məsələləri üzrə eksperti Fiona Hill Böyük Britaniyanı Rusiyadan gələn “təhdidlərə” “daha ​​birləşərək və dayanıqlı olmaqla” cavab verməyə çağırıb.