"Julien's Auctions" moda dünyasının əsl simvolunu - Şahzadə Dianaya məxsus orijinal "Lady Dior" çantasını satışa çıxarıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 1995-ci ilin qara quzu dərisindən hazırlanmış çantanı Uels Şahzadəsinin "müqəddəs qreysi" adlandırmaq olar.

Belə ki, həmin ilin sentyabrında Fransanın birinci xanımı Bernadette Şirak onu Dianaya hədiyyə edib, aksesuarı yeni stil ikonasının şərəfinə "Lady Dior" adlandırıb.   

İyunun 26-da "The Peninsula Beverly Hills"də baş tutacaq hərrac Şahzadə Diananın moda irsinin ən böyük satışlarından biri olacağını vəd edir. Ümumilikdə, 300-dən çox lot təklif olunur, moda geyimlərindən tutmuş, Diananın həyatı boyu birlikdə olduğu tanınan personajlara qədər.

Təşkilatçılar "Lady Dior" çantasının dəyərini 20-30 min dollar qiymətləndirirlər.