Qazaxıstanda çağırışçılarla polis əməkdaşları arasında toqquşma olub. Onlar küçələrdə saxlanılaraq zorla çağırış məntəqəsinə aparılıb. 

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, ölkədə hərbi xidmətə çağırış hər il həyata keçirilir, lakin bəzi qazaxıstanlılar bundan yayınmağa çalışırlar. Çağırış vərəqəsini şəxsən təhvil vermək mümkün olmadıqda çağırışçının gəlişinin təmin edilməsinə daxili işlər orqanları cavabdehdir.

“Bəzi vətəndaşlar polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaqdan boyun qaçırır və müqavimət göstərirlər ki, bu da onların məcburi şəkildə çağırış məntəqəsinə çatdırılması ilə nəticələnir”, - deyə nazirliyin məlumatında qeyd olunub.