Kanada Ukraynaya 35 milyon Kanada dollarından çox (təxminən 25,5 milyon ABŞ dolları) hərbi yardım edir.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Kanadanın müdafiə naziri Devid J. Makqinti Ukraynanın Müdafiə Məsələləri üzrə Təmas Qrupunun Ramşteyn formatında keçirilən 28-ci iclasında iştirak edib.
Orada o, Kanadanın Ukraynaya 35 milyon Kanada dolları hərbi yardım etdiyini açıqlayıb.
O qeyd edib ki, 30 milyon Kanada dolları “Coyote” və “Bizon” zirehli transportyorlarına, həmçinin Kanada şirkətlərinin təklif etdiyi yeni texnika və sursatlara xərclənəcək.