ABŞ Milli Günəş Rəsədxanası Havaydakı Inouye Teleskopu tərəfindən çəkilmiş Günəş səthinin heyrətamiz görüntüsünü yayımlayıb.
"Unikal" xəbər verir ki, şəkil ilk dəfə olaraq təxminən 20 km enində nazik maqnit zolaqlarını göstərir.
Alimlər izah edirlər ki, bu zolaqlar maqnit aktivliyinin "barmaq izləri"dir. Doktor David Kuridzenin sözlərinə görə, kəşf Yerdəki GPS, enerji sistemləri və peyklərə təsir edə biləcək günəş fırtınaları və püskürmələri daha dəqiq proqnozlaşdırmağa kömək edə bilər.
Inouye teleskopu Günəşin maqnit sahələrini fövqəladə aydınlıqla görməyə imkan verən unikal G-band təsvir texnologiyasından istifadə edir.