ABŞ administrasiyası Los-Ancelesdə qanunsuz miqrantlarla bağlı aksiyanı yatırmaq üçün Milli Qvardiyanın 2 min əsgərini oraya göndərib.

"Unikal"ın məlumatına görə, Donald Tramp bununla bağlı memorandum imzalayıb.

Prezident Birləşmiş Ştatlar Məcəlləsinin 10-cu maddəsinə əsasən hər hansı üsyanı, məişət zorakılığını, qanunsuz birləşməni və ya sui-qəsdi yatırmaq üçün Milli Qvardiyanı səfərbər etmək səlahiyyətindən istifadə edib.

Los-Ancelesin cənub-şərqindəki Paramount bölgəsində qanunsuz miqrantları müdafiə məqsədilə etiraz aksiyaları keçirilir. Bəzi nümayişçilərin Meksika bayrağını qaldırdığı bildirilir.