Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı aparıb.
"Unikal" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə ilə Pakistan arasındakı qədim dostluğun və möhkəm həmrəyliyin atılan addımlarla daha da gücləndiyini bildirib.
Ərdoğan, həmçinin, Şərifi Qurban bayramı münasibətilə təbrik edib.