Polşanın daxili işlər naziri Tomaş Siemonyak və Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt ukraynalı qaçqınların sosial dəstək sistemlərindən çıxarılmasını tələb ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Polşa departamentinin saytında məlumat verilib. 

"Polşa və Almaniyada Ukraynadan olan müharibə qaçqınlarının vəziyyətinə gəldikdə, nazirlər Aİ büdcəsindən indiyə qədər nəzərdə tutulduğundan daha çox dəstək gözləyirlər. Qaçqınların sosial dəstək sistemindən müstəqil olması üçün əlavə səylər göstərilməlidir", - Polşa Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirliyin məlumatına görə, bu gün Almaniyada 1 milyona yaxın Ukrayna vətəndaşı yaşayır. Eyni zamanda, Polşadakı ukraynalı qaçqınların sayı 1,5 milyon nəfərdir.