Dortmund "Borussiya"sı "Sanderlend"in futbolçusu Cob Bellinqemin transferini rəsmiləşdirib.
"Unikal" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı yarımmüdafiəçi ilə müqavilə 2030-cu ilə qədər nəzərdə tutulub.
Cob "Real"ın futbolçusu Cud Bellinqemin qardaşıdır.
Keçən mövsüm Cob Çempionşipdə 43 oyun keçirib, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.