Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşmaqda davam edir.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti ötən gün 0.42 ABŞ dolları və ya 0.45% artaraq 72.17 ABŞ dollarına bərabər olub. Azərbaycan neftinin əvvəlki qiyməti isə 71.85 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.