Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 1,9 kiloqrama yaxın narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 105 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 19 tona yaxın çəkidə 80146 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.