Futbol üzrə Polşa millisinin baş məşqçisi Mixal Probyej vəzifəsini tərk edib.

"Unikal" xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Mixail Probyej bir neçə gün öncə yığmanın kapitanı Robert Levandovski ilə bağlı qalmaqalla gündəmə gəlmişdi. O, kapitanlıq sarğısını ulduz futbolçudan aldığı üçün sərt tənqid olunmuşdu. Levandovski isə Probyej istefa verənədək milli komandanın formasını geyinməyəcəyini bildirmişdi.

Mixal Probyej 2023-cü ilin sentyabrında Polşa millisinin baş məşqçisi təyin olunmuşdu.