Azərbaycan çempionu "Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, komanda Bakıda təşkil olunacaq təlim-məşq toplanışında "Zirə" ilə qarşılaşacaq.

Matç iyunun 30-da keçiriləcək. Qarşılaşma "Azərsun Arena"da baş tutacaq.

Qeyd edək ki, iyunun 18-dən iyulun 2-dək Bakıda toplanış keçəcək "Qarabağ" növbəti mərhələdə Avstriyaya yollanacaq.