"Aktual məsələlərdən biri kimi, bölgələrdə səhiyyə infrastrukturunun və insan resurslarının çatışmazlığı, xəstəxana şəbəkəsinin optimallaşdırılması və müasir tibbi texnologiyaların tətbiqi istiqamətində ayrılan vəsaitlərin səmərəli istifadəsinə nəzarətin daha da gücləndirilməsi millət vəkillərini maraqlandıran mövzular sırasında idi".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Fonduna icbari tibbi sığorta ödənişləri və aksizlər üzrə daxilolmalar da yığılır ki, bunun nəticəsində Fondun 2024-cü il üzrə gəliri 2,5 milyard manata çatıb və maliyyə imkanları ötən illərə nəzərən daha da artıb:

"Göstərilənlərə əsasən qeyd edirik ki, ölkə ərazisində əhalinin keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığının təmin olunması üçün kifayət qədər maliyyələşmə formalaşdırılır. Ayrılan vəsaitlərin təyinatı üzrə səmərəli xərc edilməsi istiqamətində mütəmadi şəkildə təkmilləşdirmələr aparılır".

Anar Kəlbiyev