Ağstafada 32 yaşlı kişi yol qəzasında xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun ərazisində baş verib. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1993-cü il təvəllüdlü R.Məmmədovu vurub. Piyada xəstəxanaya yerləşdirilib ,vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov