Beşqat “Qızıl top”un sahibi Kristiano Ronaldo ABŞ prezidenti Donald Trampa öz imzası olan formasını hədiyyə edib.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev rəsmiləri X sosial şəbəkəsində bildiriblər.

Futbolçu formanın üzərinə "Sülhün tərəfdarı olan prezident Donald J. Trampa" yazıb.

Hədiyyəni Avropa Şurasının prezidenti Antonio Kosta təqdim edib.

Ağarza Elçinoğlu