Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldonun ayaq dırnaqlarını qara rəngə boyamasının səbəbi bəlli olub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, ulduz forvard bunu göbələk infeksiyasının qarşısını almaq, dırnaqları möhkəmləndirmək və zədələrdən qorumaq məqsədilə edir.

Araşdırmalara görə, qara boya qoruyucu funksiya daşıyır, dırnaqları zərbələrə və qopmalara qarşı daha dözümlü edir.

Qeyd edilib ki, bu praktika idmançılar, xüsusilə peşəkar futbolçular və döyüşçülər arasında daha çox yayılıb.