İspaniyanın “Barselona” komandası yeni transferini açıqlayıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Joan Qarsianı heyətinə cəlb edib.

24 yaşlı qolkiperlə 2031-ci ilin yayınadək müqavilə imzalanıb.

O, son olaraq “Espanyol”un formasını geyinib.