“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.
AZAL-dan "Unikal"a bildirilib ki, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.
Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
*** 22:30
Azərbaycan Hava Yollarına (AZAL) məxsus AHY8205 reysi ilə Bakıdan Dammam (Səudiyyə Ərəbistanı) marşrutu üzrə hərəkət edən təyyarə Aralıq dənizinin şərqində, Kipr yaxınlığında səmada dönüb və hazırda Bakıya qayıdır.
"Unikal" xəbər verir ki, bu barədə "Flightradar24"ün məlumatında bildirilir.
Marşrutun dəyişdirilməsinin səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb. Lakin dönüş Fars körfəzi regionunda gərginliyin artması fonunda, xüsusən də İranın Qətərdəki ABŞ-ın Əl-Udeyd aviabazasına raket zərbəsi endirməsindən və Qətər, Bəhreyn və bəzi məlumatlara görə, BƏƏ də daxil olmaqla bir sıra ölkələr üzərində hava məkanını müvəqqəti bağlamasından sonra baş verib.