Növbəti mövsüm Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Neftçi"nin qadın futbolçulardan ibarət komandasının turnirdəki rəqibi müəyyənləşib.

"Unikal" xəbər verir ki, “ağ-qaralar” dördüncü qrupda Türkiyənin “Fomget” kollektivi ilə qarşılaşacaq.

Siyasət Əsgərovun komandası yarımfinalda türkləri məğlub edəcəyi halda finalda İsrail təmsilçisi "Kiryat"la münasiblərini aydınlaşdıracaq.

Qeyd edək ki, “Neftçi” yarımfinal mərhələsindəki matçını iyulun 30-da səfərdə keçirəcək.