ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı (KDÇ) davam edir.

"Unikal" xəbər verir ki, C qrupunda Argentina təmsilçisi "Boka Xuniors” Yeni Zelandiyanın “Oklend Siti” kollektivi ilə qarşılaşıb.

Görüş 1:1 hesablı heç-heçə ilə davam etdiyi zaman oyun dayandırılıb. Buna əlverişsiz hava şəraiti səbəb olub.

Eyni qrupda qərarlaşan və daha əvvəl 1/8 finala vəsiqəni təmin edən Almaniya "Bavariya"sı isə Portuqaliyanın "Benfika" klubuna 0:1 hesabı ilə uduzub.

Bununla da Lissabon təmsilçisi də adını pley-offa yazdırıb.