16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.

"Unikal" xəbər verir ki, məlumatı Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti yayıb.

U-16 yarışın son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubunu 68:32, Rusiyanın "MBU Volqoqrad" komandasını isə 58:47 hesabı ilə üstələyib.

Qeyd edək ki, milli çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıb.