İsrailin döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə kəndinə intensiv hava zərbələri endirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu "Hizbullah" qruplaşmasının Livanın cənubunda atəş və müdafiə birləşmələrini idarə etmək üçün istifadə etdiyi obyekti bombaladığını iddia edib.

Livanın rəsmi  xəbər agentliyinin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri bu səhər Nəbatiyə çölündə, Kefertebnit təpələrində və Yuxarı Nəbatiyyə bölgəsindəki Əli əl-Tahir meşə sahələrini hədəf alaraq bir sıra intensiv hava hücumları təşkil edib.

Döyüş təyyarələrindən atılan vakuum raketləri güclü partlayışlar törədib. 

Hücumlardan sonrakı vəziyyətlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.

İsrail ordusundan bununla bağlı verilən açıqlamada deyilir: "İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubunda "Hizbullah"ın atəş və müdafiə idarəçiliyi üçün istifadə etdiyi iddia edilən obyekti bombalayıb". 

Bombalanan obyektin əhəmiyyətli yeraltı layihəsinin bir hissəsi olduğu və hücumda tamamilə sıradan çıxdığı iddia edilib.

Ağarza Elçinoğlu