Süleymani kimi tanınan iranlı nüvə alimi iyunun ortalarında İsrailin zərbələri zamanı öldürülüb.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" yazıb.
"Elm və Texnologiya Universitetindən verilən məlumata görə, universitetin Kimya mühəndisliyi fakültəsinin məzunu, ölkəmizdə nüvə alimi olan Süleymani İsrailin hücumu nəticəsində həlak olub", - deyə məlumatda bildirilir.
İyunun 13-də İsrail və İran arasında müharibə başlayandan bəri ölkənin nüvə proqramında iştirak edən bir neçə əsas iranlı nüvə fiziki həlak olub.
Ağarza Elçinoğlu